Joze Mourinyo PSJ ilə bağlı iddiaları təkzib etdi
İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyo Fransa PSJ-sinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, portuqaliyalı mütəxəssis iddiaların əsassız olduğunu söyləyib.
60 yaşlı çalışdırıcı Paris təmsilçisindən heç kimin onunla əlaqə saxlamadığnı söyləyib: "PSJ məni axtarır? Deməli, tapa bilməyiblər. Çünki klub rəsmilərindən heç biri mənimlə danışmayıb".
Daha əvvəl təcrübəli baş məşqçinin Fransa çempionu ilə danışıqlar apardığı bildirilib.
Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin yayından "Roma"ya rəhbərlik edir.