“Milan” Leau ilə müqaviləni yenilədi
“Milan” futbolçusu Rafael Leau ilə müqaviləsini uzadıb.
Redaktor.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
23 yaşlı hücumçu ilə 2028-ci ilin yayına qədər yeni sözləşmə imzalanıb.
Futbolçunun maaşı mövsümdə 7 milyon avro olacaq. O, daha 2 milyonu isə bonus şəklində alacaq.
Qeyd edək ki, Leau bu mövsüm A seriyasında 32 oyuna çıxıb, 12 qol vurub və 7 qolun ötürməsini verib.