Messi yenə Səudiyyə Ərəbistanına getdi - FOTO
PSJ-dən ayrılacağı gündəmdə olan Lionel Messi növbəti dəfə transfer söz-söhbətlərində adı hallanan Səudiyyə Ərəbistanına yollanıb.
Redaktor.az xəbər verir ki, Messi bu barədə sosial media hesabında paylaşım edib. Futbolçunun ailə üzvləri ilə birgə krallıqda istirahət etdiyi bildirilir.
Messi paylaşımında "Səudiyyə Ərəbistanının yarandığı yer və 300 illik tarixinə ev sahibliyi edən Diriyahıda ailəmlə birlikdə kəşf edərək gözəl bir gün keçirdim",- deyə yazıb.
Xarici KİV-lər isə yazır ki, Messi Səudiyyə Ərəbistanına mümkün müqaviləsinin detallarını müzakirə etmək üçün gedib.
Messiyə “Əl-Hilal” klubunun 600 milyon avro təklif etdiyi barədə xəbərlər dərc edilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl Messi Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün PSJ tərəfindən cəzalandırılıb.