Çempionlar Liqasında gecənin oyunu

 14:32 16.05.2023     393

Bu gün Çempionlar Liqasında 1/2 final mərhələsinin cavab oyunları start götürəcək.

Redaktor.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində ilk finalçı Milan derbisində bəlli olacaq.

İtaliya klublarının duelində “İnter” “Milan”ı qəbul edəcək. Ev oyunlarını eyni stadionda keçirən komandaların 6 gün əvvəlki görüşündə “neradzurra” iki cavabsız qolla qalib gəlmişdi.

Simone İnzaqinin yetirmələri bu üstünlüyü qorumaq üçün mübarizə aparacaq. Stefano Piolinin komandası isə çətin işin öhdəsindən gələrək revanş almalıdır.

Qeyd edək ki, ikinci finalçı sabah baş tutacaq “Mançester Siti” - “Real” görüşündə müəyyənləşəcək.

Çempionlar Liqası
1/2 final, cavab oyunu
16 may
23:00. “İnter” - “Milan”
Baş hakim: Klemen Turpin (Fransa)
Milan. Cüzeppe Meattsa stadionu
İlk oyun – 2:0