"Barselona" bu futbolçuya elçi düşüb

 14:51 16.05.2023     283

İspaniyanın “Barselona” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.

Redaktor.az xəbər verir ki, klub Braziliyanın “Atletiko Paranense” klubundan hücumçu Vitor Rokeyə elçi düşüb.

Çətin maliyyə vəziyyətinə baxmayaraq, kataloniyalılar 18 yaşlı forvard üçün qarşı tərəfə 45 milyon avro təklif edib.

Gənc oyunçunun Avropanın bir çox top-klublarının da diqqət mərkəzində olduğu bildirilir.

Qeyd edək ki Roke Braziliya çempionatının cari mövsümündə 6 matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.