Məşhur futbolçunun avtomobili Marseldə oğurlandı

 19:30 19.05.2023     300

Fransanın “Marsel” klubunun futbolçusu Dimitri Payenin avtomobili oğurlanıb.

Redaktor.az xəbər verir ki, hadisə Marsel şəhərində baş verib.

Yarımmüdafiəçi icarəyə götürdüyü avtomobili Marsel küçələrinin birində park edib. Ancaq sonradan maşını yerində tapa bilməyib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.