Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli oldu

 23:15 19.05.2023     398

Bu mövsüm Almaniya Bundesliqasına yüksələn ilk komanda bəlli olub.n

Redaktor.az-ın məlumatına görə, "Darmştadt" klubu II Bundesliqada sona bir tur qalmış elitaya vəsiqəni təmin edib.

Komanda buna XXXIII turda evdə "Maqdeburq"a 1:0 hesabı ilə qalib gələrək nail olub. Yeganə qolu 36-cı dəqiqədə Fillip Tits vurub.

Bu qələbə ilə xallarını 67-yə çatdıran Darmştadt təmsilçisinin ilk iki pillədən birini tutacağı dəqiqləşib.

Qeyd edək ki, bu, "Darmştadt"ın Bundesliqaya 4-cü qayıdışıdır. Komanda sonuncu dəfə 2014/2015 mövsümündə yüksək dəstəyə çıxıb. 2018-ci ildə isə elitanı tərk edib.