"Real Madrid" Ançelotti barədə qərarını açıqladı

 17:04 20.05.2023     356

İspaniya "Real Madrid"i baş məşqçisi Karlo Ançelottini istefaya göndərməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə 64 yaşlı mütəxəssisin özü açıqlama verib.

İtaliyalı çalışdırıcı klub rəhbərliyinin ona zəmanət verdiyini bildirib: "Dünən Florentino Pereslə görüşdüm və o, mənə güvəndiyini bildirdi. İşimi dəstəkləyir. Bu layihəni birlikdə davam etdirəcəyik".

Qeyd edək ki, Karlo Ançelottinin "Real Madrid"lə 2024-cü ilin iyununadək müqaviləsi var.