"Tottenhem" türkiyəli futbolçunu 40 milyon avroya transfer edir
İngiltərənin "Tottenhem" klubu Türkiyə millisinin və Niderland "Feyenoord"unun futbolçusu Orkun Kökçünü transfer etmək istəyir.
Redaktor.az xəbər verir ki, London təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün Rotterdam klubu ilə danışıqlara başlayıb.
"Feyenoord" istedadlı oyunçuya görə qarşı tərəfdən 40 milyon avro təzminat məbləği tələb edir.
Qeyd edək ki, Orkun Kökçü Azərbaycan millisinin üzvü olan Ozan Can Kökçünün qardaşıdır.