Mourinyo Avropa nəhənginə doğru

 21:00 21.05.2023     336

"Roma" klubunun baş məşqçisi Joze Mourinyo iş yerini dəyişə bilər.

Redaktor.az "Daily Mail"ə istinadla xəbər verir ki, 60 yaşlı portuqaliyalı mütəxəssis Fransa PSJ-sini çalışdıra bilər.

Məlumata görə, Paris təmsilçisinin rəhbərliyi Mourinyo ilə danışıqlara başlayıb.

"Roma"nı Konfrans Liqasının finalıça çıxaran təcrübəli mütəxəssis titul qazansa belə, PSJ-yə keçə bilər.