Belçika futboluna ilk dəfə qadın rəhbərlik edəcək

 10:30 23.05.2023     322

Belçika Futbol Federasiyasının prezidentliyinə ölkə tarixində ilk dəfə olaraq qadın təyin edilib.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatından sonra təlatümlü dövr yaşayan Belçika Futbol Federasiyasının prezidentliyinə ilk dəfə olaraq qadın rəhbər seçilib.

Təyinat alan şəxs Paskale van Dammdır, o əvvəllər İT sahəsində menecer vəzifəsində çalışıb.

Humay İSGƏNDƏRLİ