Məşhur idmançı Amerika vətəndaşlığından imtina etdi
Qarışıq döyüş növləri üzrə döyüşçü Cef Monson ABŞ vətəndaşlığından imtina edib və ABŞ pasportunu İstanbuldakı konsulluğa təhvil verib.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı TASS-a Monson özü bildirib.
"Amerika pasportumu İstanbuldakı ABŞ konsulluğuna təhvil verdim. Bu ölkənin siyasətinə görə ABŞ vətəndaşlığından imtina etdim. Bütün düşüncələrim və gələcəyim yalnız Rusiya ilə bağlıdır", - Monson qeyd edib.
"İndi mən artıq amerikalı deyiləm, sadəcə rusam", - idmançı deyib.
Xatırladaq ki, 2018-ci ildə Monson Rusiya vətəndaşlığına qəbul edilib. O, həmçinin Krasnoqorsk şəhər Deputatlar Şurasına üzv də seçilib.
Tunar Altunbay