Mbappe və Haland eyni klubda: Böyük transfer əməliyyatı reallaşır

PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq Kylian Mbappe və Erlinq Haland “Real Madrid”də komanda yoldaşı ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “goal.com” məlumat verib. İddialara görə, "Real Madrid"in 2024-cü il üçün böyük transfer əməliyyatı planlaşdırır. Plan Mbappe və Halandı transfer etməkdir. Bildirilir ki, Halandın transferi Mbappeyə nisbətən daha realdır. Mbappe “Real Madrid”ə gəlməyi seçərsə, PSJ-dəki qədər məvacib almayacaq. Bildirilir ki, “Real Madrid” rəhbərliyi klubun hazırki oyunundan razı deyil.
Qeyd edək ki, Mbappe və Haland “Real Madrid”də oynamaq istəyir.