Tanınmış futbolçu atdan yıxılıb komaya düşdü

 19:02 28.05.2023     253

Fransanın PSJ klubunun futbolçusu Serxio Riko atdan yıxılaraq başından xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə qapıçının İspaniyada istirahətdə olduğu vaxt baş verib.

30 yaşlı qolkiper helikopterlə Sevilya xəstəxanasına aparılıb. Kəllə-beyin travması diaqnozu qoyulan Rikonun vəziyyəti ağır qiymətləndirilir. Hazırda o jhələ komadan ayılmayıb.

Qeyd edək ki, Serxio Riko 2019-cu ildən PSJ-nin formasını geyinir.