Neymar ərəblərin 400 milyon avroluq təklifini qəbul etmədi
"Foot Mercato"nun məlumatına görə, "Paris Saint-Germain"in (PSJ) hücumçusu Neymar Səudiyyə Ərəbistanı futbol klubunun təklifini rədd edib.
Redaktor.az "Sputnik"ə istinadla bildirir ki, 31 yaşlı braziliyalı Avropada daha çox oynamağı planlaşdırdığı üçün illik 400 milyon avro maaş təklifini qəbul etməyib.
Neymarla bağlı daha çox ehtimal olunan variant, Qətərin investisiya şirkəti tərəfindən alına bilən İngiltərənin "Mançester Yunayted" klubuna keçididir.
Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də çıxış edir.
Braziliyalının Paris klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Neymar bu mövsüm PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub.
Tunar Altunbay