Messi PSJ-ni tərk edir - RƏSMİ

 16:03 01.06.2023     443

Argentinalı hücumçu Lionel Messi mövsümün sonunda Fransanın "Paris Saint-Germain" (PSJ) futbol klubunu tərk edəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə iyunun 1-də komandanın baş məşqçisi Kristof Qaltye mətbuat konfransında məlumat verib.

"Futbol tarixinin ən yaxşı oyunçusunu çalışdırmaq şərəfinə nail olmuşam. "Klermon"la oyun onun "Park des Princes"də sonuncu oyunu olacaq", - Qaltye deyib.

PSJ Fransa çempionatının son turunda iyunun 3-də evdə "Klermon"la qarşılaşacaq. PSJ daha əvvəl turnirdə qələbəyə zəmanət vermişdi.

Xatırladaq ki, Messi 2021-ci ilin yayında pulsuz transferlə Fransa klubuna keçmişdi.

Turan İSMAYIL