Ərəblər Messi üçün yeni təkliflə gəldilər - 1.4 milyard...

 10:18 02.06.2023     375

Səudiyyə Ərəbistanı klubundan Lionel Messiyə fantastik təklif gəlib.

Redaktor.az xəbər verir ki, xəbər verir ki, bu barədə Fransanın “Lequipe” qəzeti məlumat verib. Bildirilir ki, Səudiyyə Ərəbistanı klubu Lionel Messiyə iki illik müqavilə üçün 1,4 milyard avro təklif edib. Müqavilənin detalları barədə ətraflı məlumat olmasa da, güman edilir ki, təklifə Messinin 2030-cu ildə dünya çempionatı ilə bağlı Səudiyyə Ərəbistanı üçün futbol səfiri kimi işləməsi də daxildir. Məlumata görə, Messi ailəvi məsələlərə görə, təklifi rədd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2030-cu ildə dünya çempionatına ev sahibi hüququnu əldə etmək üçün nüfuzlu futbolçuları krallığa transfer edərək, diqqətləri üzərinə çəkmək istəyir.