Kvaratsxeliya İtaliyada mövsümün ən yaxşı oyunçusu seçildi

 22:54 02.06.2023     272

İtaliya A Seriyasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu bəlli olub.

Redaktor.az xəbər verir ki, bu ada "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya layiq görülüb.

Bundan başqa, ən yaxşı qapıçı İvan Provedel ("Latsio"), ən yaxşı müdafiəçi Kim Min Je ("Napoli"), ən yaxşı yarımmüdafiəçi Nikolo Barella ("İnter"), ən yaxşı hücumçu isə Viktor Osimhen ("Napoli") seçilib.

Qeyd edək ki, bu mövsüm A Seriyasının qalibi "Napoli" komandası olub.