Şuşadakı basketbol turnirinə qatılacaq komandalar açıqlandı

 23:59 02.06.2023     247

Şuşada keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarında iştirak edəcək komandalar bəlli olub.

Federasiyadan Redaktor.az-a verilən məlumata görə, turnirdə Azərbaycan yığması ilə birlikdə ümumilikdə 8 kollektiv qüvvəsini sınayacaq.

Bunlar Azərbaycan, Almaniya, Niderland, Rumınya, Macarıstan və Türkiyə seçmələri, həmçinin, Yaponiyanın "G FLOU" klubu və "Neftçi" komandası olacaq.

Qeyd edək ki, 12-13 iyunda Şuşadakı "Tut Bağında" keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.