Ramos PSJ-dən gedir: "Fərqli rənglər geyinəcəyəm"

 12:21 03.06.2023     420

İspaniya millisinin keçmiş futbolçusu Serxio Ramos cari mövsüm başa çatdıqdan sonra Fransanın PSJ klubunu tərk edəcək.

Redaktor.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Fransa çempionatının 38-ci turunun "Klermon"la qarşılaşması Ramos üçün PSJ forması ilə sonuncu olacaq.

Parislilərin rəhbərliyi ispaniyalı ilə müqaviləni yeniləməkdən imtina edib. Fransa mətbuatı bunun səbəbinin Serxionun maaşını azaltmaq istəməməsi olduğunu iddia edir.

Təcrübəli müdafiəçi iki mövsümü PSJ-də keçirib. Bu müddət ərzində Serxio Ramos iki liqa titulunu və bir Fransa Superkubokunu qazanıb.

Parislilərin heyətində ispan müdafiəçi bütün yarışlarda 57 oyun keçirib və 5 qol vurub.

Qeyd edək ki, Serxio Ramos sosial şəbəkələrdə PSJ və Paris klubunun azarkeşləri ilə vidalaşdığı haqqında təsirli paylaşım edib.

"Şənbə günü həyatımdakı bir mərhələ ilə vidalaşdığım xüsusi bir gündür. Əlvida PSJ. Özünüzü evdə nə qədər yerdə hiss edə biləcəyinizi bilmirəm, amma şübhəsiz ki, PSJ, azarkeşlər və Paris mənə oxşar hisslər yaşatdılar. Hər turnirdə oynaya bildiyim və hər şeyimi verdiyim iki xüsusi il üçün təşəkkür edirəm. Mən yeni çətinliklərlə üzləşəcəyəm, fərqli rənglər geyinəcəyəm, amma ilk və sonuncu dəfə Parisə gedəcəm!”, - deyə Ramos yazıb.

İspan müdafiəçinin növbəti klubunun "Sevilya" olacağı gözlənilir. 

Xatırladaq ki, Ramos 2002-2005-ci illərdə "Sevilya"da çıxış edib. İspan müdafiəçi daha sonra 27 milyon avroya "Real Madrid"ə keçib.

Arzu İSMAYIL