Ronaldo Səudiyyə Ərəbistanında həyatın qəribəliyindən danışdı
“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo deyir ki, Ramazan ayında gecə məşq etməsi onun üçün qəribə olub.
Redaktor.az “Record”a istinadla xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanında həyatın qəribəliyindən danışıb.
“Avropada biz səhərlər daha çox məşq edirik, amma burada Ramazanda bəzən saat 22:00-da, hətta gecə məşq edirik, bu mənim üçün çox qəribədir. Bəli, çətindir, amma belə bir şey yoxdur”,-deyə 38 yaşlı futbolçu söyləyib.
O, bunun onun üçün yeni təcrübə, yeni vəziyyət və başqa mədəniyyətlərdən nə isə öyrənmək cəhdi olduğunu vurğulayıb.
Qeyd edək ki, iyunun 1-də Ronaldo "Əl-Nəsr"dəki gələcəyindən danışıb. O, komandada qalmaq niyyətində olduğunu vurğulayıb və növbəti mövsümdə klubun kuboklar qazanacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Ronaldo 30 dekabr 2022-ci ildə "Əl-Nəsr"ə keçib. Hücumçunun müqaviləsi iki illikdir. Onun klubdakı maaşı ildə 200 milyon avrodur ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edir.
Arzu İSMAYIL