Messinin yeni klıubu bu tarixdə açıqlanacaq

 16:32 03.06.2023     583

PSJ ilə müqavilə müddəti başa çatacaq Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Redaktor.az "Sport"a istinadla xəbər verir ki,“Əl-Hilal” argentinalı ulduzun transferində israrlıdır. Son məlumatlara görə, klub gələn həftənin əvvəlində keçidi tamamlamaq və iyunun 6-da transferi açıqlamaq niyyətindədir.

Daha əvvəl PSJ-nin baş məşqçisi Kristof Qaltye Liqa 1-in 38-ci turunda “Klermon”la qarşılaşmanın Messi üçün Paris klubunda sonuncu olacağını açıqlayıb. Ancaq klub daha sonra bu məlumatı təkzib edib.

Messinin xidmətində İspaniya “Barselona”sı və ABŞ “İnter Mayami”si də maraqlıdır.

 

Vumart və Güvən reklamı Vumart Güvən