Benzema "Əl-İttihad"la müqavilə imzaladı

 20:59 04.06.2023     623

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu mövsümün sonunda “Real”ı tərk edəcək fransalı hücumçu Kərim Benzema ilə müqavilə imzalayıb.

Redaktor.az "Sputnik"ə istinadla bildirir ki, futbolçu "Əl-İttihad"la iki mövsümlük müqavilə imzalayacaq.

Media daha əvvəl Benzemanın bu müqaviləyə görə təxminən 200 milyon avro alacağını bildirirdi.

Benzemanın ispan komandası ilə müqaviləsi La Liqa mövsümünün sonunda başa çatır.

İyunun 4-də “Real Madrid” futbolçunun klubdan ayrılacağını açıqlayıb və fransalıya gələcək karyerasında uğurlar arzulayıb.

Tunar Altunbay