"Fənərbağça" yeni mövsümə ciddi hazırlaşır - 53 milyonluq TRANSFER
Türkiyənin "Fənərbağça" klubu yeni mövsüm üçün qarşısına böyük məqsədlər qoyub.
Redaktor.az "A Spor"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi ilk növbədə heyəti gücləndirməyi qarşısına əsas məqsəd qoyub.
Bu mənada, "Sarı-lacivərtlər" artıq qolları çırmalayıb. Belə ki, "Fənərbağça" 3 əcnəbi futbolçu üçün hərəkətə keçib.
Bunlar Fransanın "Olimpik Lion"dan mərkəz hücumçusu Mussa Dembele, Şotlandiya "Reyncers"indən sol cinah vingeri Rayan Kent və İngiltərənin "Kristal Palas" klubunun forvardı Vilfrid Zahadır.
"Kanarya" hər üç futbolçu üçün rəsmi təklif göndərəcək. Bu oyunçuların alınması üçün isə 53 milyon avro büdcə ayrılacaq.