Çempion “Qalatasaray” derbidə “Fənərbağça”nı darmadağın etdi – VİDEO

 00:01 05.06.2023     300

Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, İstanbul derbisində “Qalatasaray” “Fənərbağça” ilə qarşılaşıb.

Matç “sarı-qırmızılar”ın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Nikolo Zaniolonun dubl etdiyi qarşılaşmada digər qolu Mauro İkardi vurub.

Çempionluğu ötən tur rəsmiləşdirmiş “Qalatasaray” xallarını 85-ə çatdırıb. “Fənərbağça” 78 xalla ikincidir (baku.tv).