Messi Barselonaya qayıdır?

 19:01 05.06.2023     364

Bir gün əvvəl PSJ-dən ayrıldığını açıqlayan Argentina millisinin kapitanı Lionel Messi "Barselona"ya qayıtmaq istəyir.

Redaktor.az AS-a istinadla xəbər verir ki, bu barədə Kataloniya nəhənginin prezidenti Xuan Laporta ilə görüş keçirən əfsanəvi futbolçunun atası və agenti Xorxe Messi məlumat verib.

"Leo "Barsa"ya qayıtmaq istəyir. Mən də bunu istəyirəm. Biz inanırıq ki, Leo qayıda bilər", - "AS" Messinin atasından sitat gətirib.

Həmçinin iyunun 5-də məlum olub ki, La Liqa "Barselona"nın növbəti mövsüm üçün maliyyə planını təsdiqləyib.

Beləliklə, barselonalılar artıq Lionel Messiyə rəsmi təklif edə bilər.

Xatırladaq ki, Messi 2021-ci ildən PSJ-də çıxış edir. Hücumçu iki mövsüm ərzində parislilərin heyətində 75 oyun keçirib, 32 qol vurub və 35 məhsuldar ötürmə verib.

PSJ ilə Messi iki dəfə Fransa çempionu olub və bir dəfə Fransa Superkubokunu qazanıb.

Daha əvvəl isə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun Messiyə 1,4 milyord avroluq təklif etdiyi deyilirdi.

Tunar Altunbay