Burak Yılmaz karyerasını başa vurdu - “Beşiktaş”ın məşqçisi olur
Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaz futbolçu karyerasını başa vurub.
Redaktor.az xəbər verir ki, bu barədə futbolçu təşkil etdiyi mətbuat konfransında məlumat verib. O, 37 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Türkiyə mətbuatı B.Yılmazın “Beşiktaş”da baş məşqçi Şenol Güneşin köməkçisi olacağını yazıb.
Son olaraq Niderlandda “Fortuna”nın (Sittard) formasını geyinmiş forvard karyerası ərzində Türkiyədə “Qalatasatay”, “Beşiktaş”, “Trabzonspor”, “Fənərbağça”, “Antalyaspor”, “Eskişehirspor”, “Manisaspor”, Çində “Beyçin Qoan”, Fransada “Lill”in uğurları üçün çalışıb. O, Türkiyə millisinin heyətində 77 matç keçirib və 31 qol vurub.