“Neftçi”nin məşqçisi 10 oyunluq cəzalandırıldı

 13:12 06.06.2023     289

AFFA Gənclər Liqasında çıxış edən “Neftçi”nin məşqçisi Elmir Hüseynov AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq sanksiya ilə üzləşib.

Redaktor.az xəbər verir ki, buna səbəb mütəxəssisin “Qəbələ” ilə görüşün sonlarında texniki zonada dördüncü hakimə fiziki təzyiq göstərməsi olub.

E.Hüseynov bu hərəkətinə görə, 5-i şərti olmaqla 10 oyunluq cəzalandırılıb. Ona 6 ay sınaq müddəti təyin edilib.

“Neftçi”nin futbolçusu Fərid Səfərli isə eyni turnirdə “Səbail”lə matçın sonlarında rəqibi əllə vurduğundan, 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Bundan başqa, İCBFA-nın futbolçusu Nihad Mahmudzadə və “Kəpəz”in oyunçusu Elşən Mirzəyev “Zirə” ilə qarşılaşmalarda, “Səbail”in üzvü Ayxan Bədizadə isə “Neftçi” ilə görüşdə qırmızı vərəqə aldıqları üçün 1 tur buraxmalı olacaqlar.