Kərim Benzemanın yeni klubu məlum OLDU

 23:35 06.06.2023     238

Mövsümün sonunda İspaniya "Real Madrid"indən ayrılan Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına keçib.

Redaktor.az xəbər verir ki, klub fransalı futbolçunun transferini rəsmi tviter hesabından açıqlayıb.

Benzema bizimlədir. Yeni bir pələng nərə çəkəcək. İttihada xoş gəlmisiniz", - paylaşımda yazılıb.

"Pələnglər" 36 yaşlı forvardla 2026-cı ilin yayınadək imzalayıb.

Qeyd edək ki, "Əl-İttihad" Səudiyyə Ərəbistanı çempionatının son qalibidir.