Mahir Emreli "Konyaspor"da növbəti qolunu "Beşiktaş"a vurdu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti qolunu vurub.
Redaktor.az xəbər verir ki, 25 yaşlı forvard Superliqanın sonuncu - XXXVIII turunda səfərdə "Beşiktaş"ın qapısına yol tapıb.
İkinci hissədə meydana daxil olan forvard meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra fərqlənərək hesabı bərabərləşdirib - 2:2.
Bu,Emrelinin "Konyaspor"da 2-ci qolu olub.
Qeyd edək ki, hazırda görüşdə hesab qonaqların xeyrinədir - 3:2.