Messi yeni klubunu açıqladı - YENİLƏNİB

 23:59 07.06.2023     566

Argentina millisinin futbolçusu Lionel Messi yeni klubunun adını açıqlayıb.

Redaktor.az xəbər verir ki, 36 yaşlı hücumçu "Mundo Deportivo" nəşrinə müsahibəsində ABŞ-ın "İnter Mayami" komandasına keçəcəyini bildirib.

O, uzun illər formasını geyindiyi İspaniya "Barselona"sına qayıtmayacağını söyləyib.

Artıq "İnter Mayami" klubu da sosial şəbəkə hesabları vasitəsilə ulduz futbolçunun transferini elan edib.

Qeyd edək ki, Lionel Messinin son klubu Fransa PSJ-si olub.

***

Jurnalist Fabrizio Romano argentinalı hücumçu Lionel Messinin Amerikanın “İnter Mayami” klubuna transfer olunduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, insayder bu barədə tviterdə məlumat yayıb.

İnsayderin sözlərinə görə, Major League Soccer (MLS) klubuna keçid bir neçə saat ərzində elan ediləcək.

Qeyd edək ki, komanda keçmiş İngiltərə millisinin üzvü Devid Bekhemə məxsusdur.

İyunun 3-də Fransanın “Paris Saint-Germain” klubu 2022/2023 mövsümünün sonunda Messinin gedəcəyini açıqlamışdı. Futbolçu üçün İspaniyanın “Barselona”sı və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubları da müraciət edir.