Konfrans Liqasının qalibi müəyyənləşdi

 09:00 08.06.2023     258

Konfrans Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, həlledici matçda İtaliya "Fiorentina"sı İngiltərə "Vest Hem"i ilə üz-üzə gəlib. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüş "Vest Hem"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk dəfə ötən mövsüm keçirilən Konfrans Liqasının 1-ci qalibi İtaliya "Roma"sı olub.

Konfrans Liqası, final

7 iyun

23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) - 1:2

Qollar: Benrahman, 62 (0:1), Bonaventura, 67 (1:1), Boven, 90 (1:2)