Messinin yeni klubundakı forma nömrəsi açıqlandı

 16:00 08.06.2023     524

Fransa PSJ-sini ABŞ-ın "İnter Mayami" klubuna dəyişən Lionel Messinin yeni komandasında geyinəcəyi forma nömrəsi bəlli olub.

Redaktor.az "Clarin" nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu yenidən 10 nömrə altında çıxış edəcək.

Mayami təmsilçisində bu nömrə Qonsalo İquainin gedişindən sonra boş qalıb.

Qeyd edək ki, Lionel Messi İspaniya "Barselona"sında 10, PSJ-də isə 30 nömrəli formanı geyinib.