Erməni şahmatçı Bakıya gəlməkdən imtina etdi

 17:45 08.06.2023     711

Ermənistan millisinin sabiq lideri Levon Aronyan iyulun sonunda şahmat üzrə dünya kubokunun start götürdüyü Bakıya getməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə erməni qrossmeyster özünün “Twitter” bloqunda yazıb.

Aronyan guya öz təhlükəsizliyini düşündüyü üçün bu addımı atdığını qeyd edib:

"Mən çıxılmaz vəziyyətdəyəm. Dünya çempionatını çox sevən insan kimi 2023-cü ilin püşkatma mərasimində iştirak etmək istərdim, amma bir erməni olaraq Bakıda özümü təhlükəsiz hiss etməyəcəyəm".

Onun sözlərinə görə, FİDE-nin hibrid turnir formatını təbliğ etdiyini nəzərə alaraq, o, bunu onlayn etməyə üstünlük verəcək.

Qeyd edək ki, 2023-cü il şahmat üzrə Dünya Kuboku iyulun 29-dan avqustun 26-dək Bakıda keçiriləcək.

Tunar Altunbay