Sahibi 13 ildən sonra ilk dəfə “Mançester Siti”nin matçını izləyəcək
“Mançester Siti”nin sahibi Şeyx Mənsur 13 ildən sonra ilk dəfə komandasının rəsmi oyununda iştirak edəcək.
Redaktor.az xəbər verir ki, ərəb şeyxi 2022/2023 Çempionlar Liqasının finalında komandasının “İnter”lə qarşılaşmasını izləmək üçün İstanbula səfər edib.
Qeyd olunur ki, şeyxin şəxsən ziyarət etdiyi sonuncu oyun hələ 2010-cu ildə baş tutub. O zaman “Mançester Siti” “Liverpul”u darmadağın edib.
Qeyd edək ki, Şeyx Mənsur “Mançester Siti”ni 2008-ci ildə alıb. Bu müddət ərzində “şəhərlilər” 20 kubok qazanıb.