Baş məşqçi ilə idman direktoru arasında gərginlik - “Niyə, mən ölmüşəm ki?..”
“Səbail”də klub rəsmiləri ilə Şahin Diniyev arasında gərginlik baş alıb gedir.
Redaktor.az xəbər verir ki, keçən ilin dekabrından işə başlayan çalışdırıcı hüç cür idman direktoru Fərəc Əliyevlə yola getmir.
O, aparıcı idarəçi şəxsin növbəti planının gerçəkləşməsinə imkan verməyib.
Belə ki, “Farik” ləqəbli director Asif Mirilini əvəzedici heyətin baş məşqçisi postundan uzaqlaşdırmaq istəyi barədə Diniyevi məlumatlandırıb.
Əliyev bildirib ki, “dubl”un sükanı arxasına öz namizədi var. Şahin bəy bu variantın əleyhinə çıxıb.
Əvəzedici heyətin əsas komandaya xidmət etməli olduğunu xatırladan mütəxəssis idman direktoruna “niyə, mən ölmüşəm ki, ora nəzarət etməyim?” deyib (sportinfo).