Məşqçinin atası Türkiyədə itkin düşdü

 22:47 11.06.2023     480

“Mançester Siti”nin məşqçisi Enzo Mareskinin atası Çempionlar Liqasının finalı zamanı Türkiyədə itkin düşübmüş.

Redaktor.az lenta.ru-ya istinadla xəbər verir ki, mütəxəssisin atası oyun günü İstanbulda yoxa çıxıb. Onun bir müddət sonra tapıldığı bildirilib. Lakin hadisənin təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, iyunun 10-da “Mançester Siti” Çempionlar Liqasının finalında İtaliya “İnter”ini minimal hesabla məğlub edib. Yeganə qolu 68-ci dəqiqədə “şəhərlilər”in 26 yaşlı yarımmüdafiəçisi Rodriqo Hernandes vurub. Beləliklə, komanda tarixdə ilk dəfə bu kuboku qazanıb.

43 yaşlı Mareska 2022-ci ildən “Mançester Siti”də çalışır. O, “Yuventus” və “Sevilya”da oynaması ilə tanınır.