Çempionlar Liqası mövsümünün simvolik komandası açıqlandı - SİYAHI
UEFA rəsmi saytında Çempionlar Liqasının sonuncu püşkatmasının simvolik komandasına daxil olan futbolçuların siyahısını dərc edib.
Redaktor.az xəbər verir ki, siyahıda aşağıdakı futbolçular yer alıb:
Qapıçı: Tibo Kurtua (“Real Madrid”),
Müdafiəçilər: Kayl Uoker, Ruben Diaş (hər ikisi “Mançester Siti”dən), Alessandro Bastoni, Federiko Dimarko (hər ikisi “İnter”),
Yarımmüdafiəçilər: Con Stounz, Rodri, Kevin De Bruyne (hamısı - "Mançester Siti"),
Hücumçular: Bernardu Silva, Erlinq Holand (hər ikisi “Mançester Siti”), Vinisius Junior (“Real Madrid”).
Qeyd edək ki, "Mançester Siti" finalda "İnter"i məğlub edərək Çempionlar Liqasının qalibi olub. “Şəhərlilər” üçün bu, klubun tarixində ilk Çempionlar Liqası kubokudur. Turnirin simvolik komandasına daxil olan Rodri turnirin finalında yeganə qola imza atıb.