Qvardiolanın "Mançester Siti"dən ayrılacağı vaxt bilindi
İngiltərənin "Mansçester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola 2025-ci ildə vəzifəsindən ayrılmaq istəyir.
Redaktor.az "The Guardian"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "şəhərlilər"lə müqaviləsini uzatmaq niyyətində deyil.
Onun özünü başqa klubda sınamaq istədiyi bildirilib.
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə başçılıq edir. Komanda onun rəhbərliyi altında 4 dəfə İngiltərə Premyer Liqasının, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.