Millimizin qapıçısı bu ölkəyə transfer olundu - FOTO

 20:15 12.06.2023     499

Bolqarıstanın "Arda" klubu Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun transferini açıqlayıb.

Redaktor.az Kırcali təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə üç illik müqavilə imzalanıb.

Hüseynov tibbi müayinədən keçdikdən sonra münasibətləri rəsmiləşdirib.

Qeyd edək ki, 2020-ci ildən "Zirə"nin əsas komandasında yer alan Cəlal Hüseynov ötən mövsüm icarə əsasında "Şamaxı"nın formasını geyinib.

2