Erməni şahmatçıları Bakıdakı Dünya Kubokuna gəlməyəcək

Ermənistan şahmatçıları Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan bildirib.
"Biz Dünya Kubokunda iştirak etməyəcəyik. Ermənistandan olan qrossmeysterlər Bakıya getməyəcək",- deyən Lputyan əlavə edib ki, bu qərarıtəhlükəsizlik baxımından verilib
Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku iyulun 30-dan avqustun 24-dək Bakıda keçiriləcək.
Yarışda 200-dən çox şahmatçı iştirak edəcək.
Tunar Altunbay