Ronaldonun transfer dəyəri ucuzlaşdı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun transfer dəyəri ucuzlaşıb.
Redaktor.az xəbər verir ki, bu haqda “Transfermarkt” portalı məlumat yayıb.
Portalın məlumatına görə, forvardın bazar dəyəri dörddə bir azalıb - 20-dən 15 milyon avroya. Eyni zamanda, portuqaliyalı bu göstəricidə Səudiyyə Ərəbistanı Pro Liqasının ilk üçlüyündə qalır. Ronaldo ilə birinci yeri onun kmanda yoldaşı, 29 yaşlı yarımmüdafiəçi Taliska (15 milyon avro) bölüşür. Üçüncü sırada “Əl-Nəsr”in digər futbolçusu, 27 yaşlı müdafiəçi Qislen Konan (səkkiz milyon avro) qərarlaşıb.
Qeyd edək ki, 2022-ci ilin noyabrında 37 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsinə xitam verilib.Yanvarın 2-də Ronaldo ildə 200 milyon avro alacağı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından “Əl-Nəsr”in oyunçusu olub.