Gündüz Abbaszadə "Qarabağ"dan ayrıldı

 16:13 13.06.2023     366

"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə vəzifəsindən ayrılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib.

Klub rəsmisi Abbaszadə ilə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını bildirib və onun yerinə hələlik təyinatın olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Gündüz Abbaszadə 2021-ci ilin fevralından "Qarabağ"da işləyib.