Messi öz rekordunu yenilədi
Argentina millisinin futbolçusu Lionel Messi öz rekordunu yeniləyib.
Redaktor.az xəbər verir ki, 36 yaşlı hücumçu Avstraliya ilə yoldaşlıq görüşündə fərqlənməklə buna nail olub.
O, yığmanın heyətində ardıcıl 7-ci görüşdə qol vuraraq, yeni rekord müəyyənləşdirib. Messinin seriyası ötən ilin dekabrında DÇ-2022-nin 1/8 final mərhələsində məhz Avstraliya ilə qarşılaşmada başlayıb. Ulduz futbolçu buna qədər millidə iki dəfə ardıcıl 6 oyunda qol vurmağa müvəffəq olmuşdu.
Messi, həmçinin, karyerasında 699-cu qələbəsini qeyd edib. O, bunu 1028-ci görüşündə bacarıb. Komanda iyunun 19-da İndoneziya ilə yoldaşlıq görüşündə də qalib gələrsə, bu, Leonun 700-cü qələbəsi olacaq.
Qeyd edək ki, Argentina yığması Avstraliya üzərində 2:0 hesablı qələbə qazanıb.