Birinci diviziona yuvarlanan "Şamaxı"da "yarpaq tökümü": 4 məşqçi və 6 futbolçu komandadan getdi

 18:06 16.06.2023     324

 Gələn sezondan etibarən I Divizionda mübarizə aparacaq "Şamaxı" klubunda rəhbərlik və məşqçilər heyəti arasında iclas keçirilib.

Redaktor.az xəbər verir ki,  məşqçilər - Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə klub rəhbərliyi arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Qapıçılar üzrə məşqçi Anar Niftəliyev mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyini bildirdiyindən onunla qarşılıqlı razılaşma ilə müqaviləsinə xitam verilib. 

Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.

Elvin Məmmədovun, Amil Yunanovun, Rauf Hüseynlinin, Kamal Mirzəyevin və Tapdıq Əhmədovun müqavilə müddətləri, Nihad Quliyevin isə icarə müddəti başa çatdığından komanda ilə vidalaşıb.