Messini qucaqlayan azarkeşin stadionlara girişinə qadağa qoyuldu

 19:15 16.06.2023     307

Çində Argentina və Avstraliya yığmaları arasında yoldaşlıq oyunu zamanı qaçaraq Cənubi Amerika təmsilçisinin kapitanı Lionel Messini qucaqlayan azarkeşə cəza verilib.

Redaktor.az xəbər verir ki, çinli fanatın növbəti 12 ay ərzində stadionlara girişinə qadağa qoyulub.

Qeyd edək ki, əyninə 36 yaşlı ulduz futbolçunun formasını geyinmiş tərəfdarı meydandan çıxarmaq elə də asan olmayıb. Demək olar ki, bütün meydançanı qaçan fanat hətta argentinalı qolkiper Emiliano Martinesi vurub. Mühafizə xidmətinin əməkdaşları azarkeşi saxlayaraq meydançadan uzaqlaşdırıblar.