Əfsanəvi mütəxəssis baş məşqçi karyerasını bərpa eetdi

 14:54 17.06.2023     331

Əfsanəvi braziliyalı mütəxəssis Luis Felipe Skolari baş məşqçi karyerasını bərpa edib.

Redaktor.az xəbər verir ki, o, yenidən ölkəsində fəaliyyət göstərəcək.

74 yaşlı məşqçi “Atletiko Mineyro”nu sükanı arxasına gətirilib. Skolari adıçəkilən klubla 2024-cü ilin sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Luis Felipe Skolari 2022-ci ilin noyabrında məşqçilik karyerasını başa vurduğunu açıqlamışdı.