“Qalatasaray”dan ayrılan ulduz “Qarabağ”a təklif olundu
Bugünlərdə “Qalatasaray”dan ayrılan Bafetimbi Qomis karyerasını Azərbaycanda davam etdirə bilər.
Redaktor.az xəbər verir ki, İstanbul təmsilçisinin müqaviləsinin müddətini yeniləmədiyi hücumçu “Qarabağ”a təklif olunub.
38 yaşlı fransalı ulduzun menecerləri onun uyğun qiymətə bura gələ biləcəyi haqda Ağdam klubunu məlumatlandırıblar.
Əgər təklifə maraq duyulsa, müqavilə şərtləri müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, forvard "Qalatasaray"ın "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri xeyriyyə matçında fərqlənib.