“Yaxşı qurtardıq...” - Estoniya millisinin baş məşqçisi

 22:17 17.06.2023     357

“Oyunun sonlarına əsasən deyə bilərik ki, yaxşı qurtardıq”.

Redaktor.az xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis “Dalğa Arena”dakı qarşılaşmanın ardından kollektivindən razılıq bildirib: “Ümumilikdə qarşılıqlı fürsətlər oldu. Bu mənada 1:1 hesabından razı qalmaq olar. Rəqib hesabda geridə idi, nəsə etməli idi. Fasilədən sonra sistemi dəyişdilər. Onların fasilədən sonra üstümüzə gələcəyini gözləyirdik. Birinci hissədəki çıxışımızdan razı qaldım. Hətta şanslarımızdan yararlana bilmədik”.

Vumart və Güvən reklamı Vumart Güvən