“Sistemi dəyişsəydim, məni öldürərdiniz...” - De Byazi

 23:20 17.06.2023     407

“İlk hissəni çox aşağı səviyyədə oynadıq. Oyunumuz heç cür alınmırdı. Topu idarə edə bilmirdik”.

Redaktor.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı ev oyunundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

O, fikirlərinə davam edərək bildirib:

“İkinci hissəyə dəyişikliklərlə başladıq və çox yaxşı oynadıq. Daha artığına layiq idik. Son dəqiqədə topun qapı dirəyinə dəydiyi epizodda bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Oyundan 50 faiz razıyam".

67 yaşlı mütəxəssis fasilədən sonrakı oyunla millinin qələbəyə layiq olduğunu söyləyib:

“İlk hissədə onlar çox yaxşı oynadılar. Daha iki qol vura bilərdilər. Fasilədən sonra isə biz üstün idik. Düşünürəm ki, ikinci yarıdakı çox yaxşı oyunumuzla qələbəyə layiq idik”.

İtalyan çalışdırıcı “İlk hissədəki zəif oyunun səbəbi start heyəti yanlış müəyyənləşdirməyiniz ola bilərmi?” sualını cavablandırarkən deyib:

“Çoxdandır, bu sistemlə onayırdıq. Matçdan əvvəl sistemi dəyişmək fikirlərim var idi. Amma oyundan əvvəl dəyişsəydim və nəsə alınmasaydı, siz məni öldürərdiniz. İlk hissədə oyun yaxşı getmədiyi üçün dəyişikliklər etdik. Bizdə mövsüm başa çatıb. Çox oyunçular yorğundur. Rəqibdə isə fərqlidir. Onlarda isə mövsüm davam edir və daha yaxşı fiziki formadadırlar. Nəticəyə görə məyusam, amma ikinci hissədəki oyundan razı qaldım”.

C. De Byazi baş məşqçi postundan istefa verməyi düşünmədiyini əlavə edib:

“Xarakterimdə nəyisə yarımçıq qoymaq yoxdur. Daha güclü komandadan təklifim var idi. Amma müqaviləm olduğu üçün imtina etdim. Ancaq məni qovsalar, gedərəm. Buradayam və işimi görürəm” (oxu.az).